Millət vəkili Aydın Mirzəzadə pulunun bir qismini türk lirəsinə dəyişib.

Publika.az xəbər verir ki, bu barədə millət vəkili sosial şəbəkədəki hesabında məlumat paylaşıb.

Millət vəkili bildirib ki, Türkiyə lirəsinə təzyiqin olması Türkiyənin bütün dostları kimi onu də narahat edir: “Bu gün bir qədər məbləği türk lirəsinə dəyişdim. Bilirəm ki, bu məsələni həll etmir. Ancaq, damla da dəstəkdir”.

Qeyd edək ki, hazırda Türkiyədə bir ABŞ dolları 6,48 türk lirəsidir.