Avstraliyalı şaxtaçılar maraqlı kəşfə imza atıblar.

Metbuat.az "Milliyyet.com.tr"yə istinadla bildirir ki, onlar altı qızıl qabıq bağlamış nəhəng qayalar tapıblar. Qızıl parçalarının insan gözünə bənzədiyini bildirən professor Sam Spearinq "Çox nadir rast gəlinən hadisədir. Bu, çox həyəcanverici və bənzərsiz kəşfdir"- deyib. Qayalardan ən böyüyü 95 kiloqram, ən kiçiyi isə 63 kiloqram olub.

Dünyada səs-küyə səbəb olan bu kəşfə Kanadanın "RNC Minerals" mədənçilik şirkəti imza atıb. Şirkətin işlətdiyi şaxta yerin 500 metr dərinliyində yerləşir. Şaxtaçılar sözügedən qayalara da burada rast gəliblər.

Dəyəri 6,6 milyon dollar olan qayaların hərracla satılacağı gözlənilir.

Aysel Yaqubqızı / Metbuat.az

Yaponiyada baş verən zəlzələdə ölənlərin sayı artıb - 44 ölü, 660 yaralı