Abşeron rayonunda yanğın qeydə alınıb.

Metbuat.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Xırdalan şəhərində ümumi sahəsi 180 m² olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın tavanı, dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və 1 ədəd divan yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.