Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Avropa və Asiya daxil olmaqla 14 ölkənin 75-dən artıq mütəxəssisi kibertəhlükəsizlik üzrə təcrübəli ekspertlərin nəzarəti ilə öz bilik və bacarıqlarını sınayıblar.
Ümumilikdə 14 komanda formalaşdırılıb. Komandalar 6 müxtəlif ssenari üzrə verilən tapşırıqları yerinə yetiriblər.
Xatırladaq ki, sözügedən təlimlər Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi ilə keçirilir.
Sentyabrın 3-dən start verilən təlimlər bu gün öz işini yekunlaşdırıb.













