Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya səfəri zamanı imzalanmış sənədlər iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına, müştərək investisiya layihələrinin icrasına imkan yaradacaq. Bundan əlavə dövlət başçıları arasında aparılmış danışıqlar ölkələr arasında əczaçılıq, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma və digər istiqamətlər üzrə iqtisadi əməkdaşlıq əlaqələrinin də genişlənməsinə gətirib çıxaracaq.

Bu barədə Milli.Az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, siyasi analitik Elçin Mirzəbəyli Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfərinin nəticələrini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Xorvatiya Şərqi Avropanın kiçik, amma çox mühüm geosiyasi mövqeyə malik ölkələrindən biridir: "Xorvatiya da Azərbaycan kimi beynəlxalq nəqliyyat dəhlizləri layihələrinin gerçəkləşdirilməsində ciddi uğurlara imza atıb. Ölkə ərazisindən Qərbi və Şərqi Avropa bölgəsini Asiya və Aralıq dənizi hövzəsi ilə birləşdirən 3 panavropa nəqliyyat dəhlizi keçir. Məhz bu amilə, eləcə də Şərqi Avropanın logistik həlqəsində strateji mövqeyə sahib olduğuna görə, Xorvatiya bu il Avropa İttifaqı fondlarından aldığı 1,7 milyard avroluq maliyyə dəstəyi ilə nəqliyyat dəhlizləri infrastrukturunun genişləndirilməsi üçün bir sıra müqavilələrə imza atıb".

Azərbaycan və Xorvatiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - FOTO