Bu gün Cəlilabad rayonunda evdən oğurluq olub.

"Report"un məlumatına görə, hadisə günorta saatlarında rayonun Alar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü Əliyev Əliqamət Nəsirəddin oğlunun evinə daxil olan naməlum şəxs və ya şəxslər oradan 600 manat nağd pul oğurlayıblar.

Hadisə ilə bağlı polisə də müraciət edilib.

Faktla bağlı araşdırma aparılır.