21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Metbuat.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi millimiz "Dalğa Arena"da İsraillə üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə başa çatıb. Yığmamızın yeganə qolunu matçın 1-ci dəqiqəsində Rüfət Dadaşov vurub.
Qeyd edək ki, geridə qalan müddətdə seçmə mərhələdə yığmamız 7 oyunda yalnız 1 xal qazana bilib.