Zaqatalada ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Zəyəm kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az