21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Publika.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Dalğa Arena"da İsraillə üz-üzə gəlib.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı artıq 35-ci saniyədə rəqib müdafiəçilərin səhvindən sonra Renat Dadaşov açıb. Lakin 30-cu dəqiqədə Şon Zalman Vaysman bərabərlik qolunu vurub.

86-cı dəqiqədə Azərbaycan millisi qələbə topunu vurmaq üçün əlverişli şans əldə edib. Lakin Ziya Əzizov Fəhmin Muradbəyliyə qarşı kobudluğa görə təyin olunmuş penaltidən yararlana bilməyib.

Bununla da Azərbaycan millisi qrupda keçirdiyi 8-ci oyunda 2-ci xalını qazanıb. Komanda bu nəticə ilə sonuncu - 6-cı pillədə qərarlaşıb. İsrail isə xallarını 8-ə çatdırıb.

6 senytabr

Avropa çempionatının seçmə oyunu

V qrup

21:00. Azərbaycan - İsrail - 1:1

Qollar: Renat Dadaşov, 1 - Şon Zalman Vaysman, 30

Hakimlər: Trustin Farrugia Cann, Alan Camilleri, Luke Portelli, Malcolm Spiteri (hamısı Malta)

"Dalğa Arena".

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu sentyabrın 11-də "Dalğa Arena"da Norveçə qarşı keçirəcək.