Şimali Koreya lideri Kim Çen In ilk dəfə nüvə silahından tamamilə imtina edilməsi ilə bağlı tarix verib.
Metbuat.az-ın “Trtxəbər”ə istinadən məlumatına görə, Pxenyanda Cənubi Koreyalı nümayəndələrlə görüş zamanı o bildirib ki, yaxın 3 il ərzində nüvə silahlarını ordunun arsenalından təmizləmək niyyətindədir.
“Əvvəlcə uzun mənzilli raket sınaqlarını dayandırmaq, 2021-ci ilin əvvələrinə qədər isə nüvə silahlarını zərərsizləşdirmək olar”.
Qeyd edək ki, Seul və Sinqapur zirvələri zamanı Pxenyanın nüvə silahından imtina etməsinə dair razılıq əldə olunub. Bir müddət əvvəl Şimali Koreya xarici ekspertlərin iştirakı ilə nüvə poliqonlarını sıradan çıxarıb.
Sübhan / METBUAT.az