Yəməndən Səudiyyə Ərəbistanının Necran şəhərinə endirilən ballistik raket zərbəsi nəticəsində 30-a qədər insan yaralanıb.
Metbuat.az-ın Əl-Ərəbiyə televiziyasına istinadən məlumatına görə, hava hücumundan müdafiə sistemləri mərmini havada zərərsizləşdirilsə də, onun parçaları insanların üzərinə düşərək, fəsadlara yol açıb. Hücumun Yəməndəki Husi üsyançıları tərəfindən təşkil olunduğu bildirilib.
Rəsmi açıqlamalarda 2015-ci ildən bəri Husilərin krallığa təşkil etdiyi oxşar hücumlar zamanı 112 dinc insanın həlak olduğu, yüzlərlə sakinin yaralandığı qeyd olunub.
Sübhan / METBUAT.az