Füzuli rayon sakini itkin düşüb.
Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, Füzuli rayonu, Mollaməhərrəmli kənd sakini 1976-cı il təvəllüdlü İbrahimov Cəlal Kamil oğlu 4 gündür itkin düşüb.
İtkin düşmüş şəxsin yaxınları bildiriblər ki, artıq polisə müraciət ediblər. Axtarışlar davam edir.
Qeyd edək ki, C.İbrahimovun heç bir xəstəliyi olmayıb.