Bakı şəhəri Binəqədi rayonunda içməli suyun verilişində fasilələr yaranacaq.
Publika.az xəbər verir ki, rayonun S.S.Axundov küçəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar gün ərzində 7-ci və 8-ci mikrorayonların, həmçinin Azadlıq prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Könül Cəfərli