Şəmkir rayonunun Qapanlı kəndində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, 20 ton ot bağlamasının 10 tonu yanıb, yüksək temperaturdan yaxınlıqdakı ümumi sahəsi 200 m2 olan istixananın polietilen üzlüyü 25 m2 sahədə əriyib.

Ot bağlamasının və istixananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az