Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.
Publika.az xəbər verir ki, rayonun Puta qəsəbəsinin ərazisindəki şirkətlərin birindən istifadəyə yararsız su boruları oğurlanıb.
10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Salyan rayon sakini Cəmil Sadıqov saxlanılıb.
Hacı Zeynalov