Bakıda mənzildə qadın meyiti tapılıb.

Publika.az FHN-ə istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1933-cü il təvəllüdlü Abdinyoviç Mariya Georginskayanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.