Gürcüstan polisi Qardabani şəhərində narkotiklərin qanunsuz əldə edilməsi və saxlanılmasına görə Azərbaycan vətəndaşı olan qadını saxlayıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Gürcüstan DİN-in saytında bildirilir.
1978-ci il təvəllüdlü qadın taksidə gedərkən saxlanılıb. Axtarış zamanı onun üzərindən iki bağlamaya qablaşdırılmış 22 qram heroin aşkarlanıb.
"Böyük həcmdə narkotik vasitələrin əldə edilməsi və saxlanılması" maddəsi ilə cinayət işi başlanılıb. Günahı sübuta yetiriləcəyi təqdirdə qadını 8 ildən 20 ilə qədər həbs cəzası gösləyir.
Milli.Az