Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az Report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb. 

Belə ki, "VAZ" markalı minik avtomobili maneəyə çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az