Məşhur sənətçi Sibel Can qızı Melisa Urala donuz balası hədiyyə edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Melisa Uralın 24 yaşı tamam olub. Sibel Can bu münasibətlə qızına qeyri-adi hədiyyə alıb. Qızı anasının verdiyi orijinal hədiyyə ilə şəklini instaqramda paylaşıb. Lakin müğənninin qızına donuz balası alması sosial şəbəkədə böyük əks-səda doğurub. Melisa Ural və müğənni tənqid edilib.