Türkiyəli müğənni Bengünün dünən möhtəşəm toyu olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı müğənni onunla eyni yaşda olan nişanlısı Selim Selimoğluyla lüks hotellərin birində rəsmi nikaha daxil olub.

Məşhur cütlüyün nikah şahidliyini Revna Demirören, Kənan Doğulu, Tahir Kıran, Eda Güzelcik və Beliz Şən edib. 600 nəfərlik toyda Serdar Ortaç və xanımı Xloya Loughnan, Zinet Sali, Çağla Şıkel, Murat Yıldırımla xanımı İmana Elbani, Kənan Doğulu ilə Beren Saat, Esra Erol ilə Əli Özbir kimi məşhurlar iştirak edib.

Cütlüyün toy fotoları sosial şəbəkədə paylaşılıb. İfaçı gəlinliyini “Pronovias” moda evindən, bəy kostyumu isə “Vakko” dan seçib.