Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Dəyişikliyə əsasən, sərəncamın 1-ci hissəsi aşağıdakı redaksiyada verilir:
“Müşahidə Şurasının sədri
Məmmədəliyev Yusuf Ülfət oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Müşahidə Şurasının üzvləri
Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və
idman nazirinin müavini
Vəliyeva Məhəbbət Məhərrəm qızı - Azərbaycan Respublikası təhsil
nazirinin müavini
Bayramov Rafiq Yasin oğlu - Azərbaycan Respublikası mədəniyyət
nazirinin müavini
Kərimli Mətin İmdad oğlu - Azərbaycan Respublikası əmək və əhalinin
sosial müdafiəsi nazirinin müavini
Məcidova Məryəm Teymur qızı - Azərbaycan Respublikası Gənclər
Təşkilatları Milli Şurasının sədri
Orucov Seymur Vaqif oğlu - “Gənclərin İntellektual İnkişafına
Yardım” İctimai Birliyinin idarə heyətinin sədri
Vəliyev Seymur Aydın oğlu - “Gələcəyə Körpü” Gənclər İctimai
Birliyinin sədri
Ağabəyli Murad Asif oğlu - “Cavan” Gənclər Hərəkatı İctimai
Birliyinin İcraçı direktorunun müavini.”.