Prezident İlham Əliyev “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli sərəncamında dəyişiklik edilməsi sərəncam imzalayıb.
Dəyişikliyə əsasən, Milli Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:
“Komissiyanın sədri
Azərbaycan Respublikasının xarici işlər naziri
Komissiya sədrinin müavinləri
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar
nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər
siyasəti və idman məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar
siyasət məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili
(ombudsman)
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin
müavini
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə
Heyətinin sədri
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının rektoru
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə
Heyətinin sədri
Azərbaycan Kitab Cəmiyyətinin sədri”.