Lənkəran şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, Lənkəran şəhər, Müzəffər Nəsirli küçəsi, 59 a ünvanında yaşayan 61 yaşlı Nuriyev Siyavuş Cəfər oğlu yolu keçmək istəyən zaman onu "Nissan" markalı avtomaşın vurub.
Sürücü yaralıya yardım göstərilməsi üçün onu öz avtomaşını ilə xəstəxanaya çatdırıb. Qapalı kəllə-beyin travması diaqnozu qoyulan S.Nuriyev reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az