Türkiyənin Çankırı əyaləti, Orta rayonu, Yaylakənd bələdiyyəsinin ərazisində niqablı qadının mikro-avtobusun arxasına bağlanaraq aparılması görüntüləri ciddi narazılıqlara səbəb olub.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir
ki, hərəkətdə olan 34 RA 4649 nömrəli avtomobilin arxasına bağlanan
qadının görüntüləri mobil telefonla çəkilərək sosial şəbəkədə
paylaşılıb.
Qeyri-insani rəftara məruz qalan qadın uzun müddət bağlandığı
avtomobillə gəzdirilib.
Qadının və sürücünün kimliyi açıqlanmır, hadisənin səbəbləri barədə məlumat verilmir.