Bu gün müğənni Yaşar Cəlilovun toyudur.
Metbuat.az xəbər verir ki, müğənni Bakıda restoranların birində şou aləmini də başına yığaraq toy edir. O, Nigar adlı xanımla ailə həyatı qurur. Bu haqda ATV-nin aparıcısı Vüsalə Kərimova sosial profilində status paylaşıb:
“Bu gün günlərdən o gün Yaşarımın toy günüdür. Dəyərlim, ulduzum Yaşar Cəlilov səni təbrik edirəm. Bu günü səbirsizliklə gözləyirdin və nahəyət yetişdi. Biz dostların, səni sevənlər bu gündən səni milyonların içindən sevib-seçdiyin gözəl xanımın Nigarına əmanət edirik. Xoşbəxt olun!"
| Azərbaycanlı məşhurlar çimərlik geyimində - FOTOLAR - Oxumaq üçün tıkla |