Gəncədə çoxmərtəbəli binada yanğın olub.
Publika.az ARB-yə istinadən məlumat verir ki,
hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsi, 48A ünvanında qeydə
alınıb.
Alov 5 mərtəbəli binanın beşinci mərtəbəsində yerləşən Günay
Abdullayevaya məxsus 103 kvadratmetrlik beş otaqlı evdə meydana
gəlib. Mənzilin bir otağında 12 kvadrat metrlik sahə yanıb.
Dərhal hadisə yerinə Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin
5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Sakinlər
təxliyə edilib, alov söndürülüb. Tüstüdən zəhərlənən sakinlərə
ilkin yardım göstərilməsi üçün hadisə yerinə Təcili Tibbi Yardım
briqadası çağırılıb.
Yanğının baş vermə səbəbləri araşdırılır.