"Qalatasaray" hücumçusu Bafetimbi Qomislə yolları ayırıb.

Metbuat.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, fransalı forvard karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. 33 yaşlı futbolçu yüksək liqa "Əl-Hilal"la anlaşıb. Klubun rəsmi saytı da artıq bununla bağlı açıqlama yayıb. Ərəblər bu transfer üçün İstanbul klubuna 6 milyon avro ödəyəcəklər.

Qeyd edək ki, Qomis ötən il "Suonsi"dən “Qalatarasay”a transfer edilib. Fransa millisinin sabiq üzvü ötən mövsüm 33 oyuna 29 qol vuraraq, Superliqanın bombardir olub.