Rusiya bombardmançıları Baltik və Şimal dənizlərinin üstündə raketlərlə uçuşlar həyata keçirir.

ANS PRESS-in məlumatına görə, bu barədə “Rheinische Post” alman nəşri yazır.

Nəşr NATO təyyarələrindən çəkildiyi və Norveç Müdafiə Nazirliyinin əldə etdiyi şəkilləri dəlil kimi göstərib.

"Bu Rusiya təyyarələri böyük ethimalla nüvə silahı daşıyır", - Norveç Müdafiə Nazirliyinin nümayəndəsi nəşrə bildirib.

Fotodan birində görünür ki, Tu-95 bombardmançısı qanadlı raketə malikdir. Tu-95 təyyarələri nüvə yükünə malik 16 qanadlı raketi 6000 kilometr uzaqlığa qədər apara bilər.

Şəkillərdə Rusiya bombardmançı raket daşıyıcısı Tu-22M də görmək olur.







Mənbə
ANS PRESS