İlk Avropa Oyunlarının brendi Londonda “Transform Avropa 2015” mükafatına layiq görülüb
Bakı, 22 aprel, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunlarının dizayn üzrə tərəfdaşı “SomeOne” şirkəti Londonda keçirilən mötəbər tədbirdə vizual elementlərdən ən yaxşı istifadə nominasiyası üzrə “Transform Avropa 2015” mükafatına layiq görülüb.
“Bakı-2015”dən AZƏRTAC-a bildiriblər ki, “Transform Avropa” mükafatı brend sahəsində irəli sürülən ən uğurlu, kreativ ideyalar üçün təqdim olunur.
Azərbaycanın təbii gözəlliyindən ilham alınaraq hazırlanan rəngarəng və valehedici “Bakı-2015” brendi ilk Avropa Oyunlarının arenaları, biletləri, uniformaları və bütün rəsmi əmtəə avadanlığının üzərində əks olunur. Brendin mərkəzində Azərbaycan folklorunda birliyin təcəssümü olan nar ağacı yer alıb. Ağacın idmanın müxtəlif növlərinin göz oxşayan piktoqramlarla işlənən hissələri ölkənin zəngin irsini və mədəniyyətini təcəssüm etdirir.
“Bakı-2015”in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: “Mükafat birinci Avropa Oyunları üçün gördüyümüz hazırlıqlara bələdçilik edən yaradıclıq və innovasiya ruhuna verilən dəyərdir. “Bakı-2015”in brendi ev sahibi Azərbaycanın təbii gözəlliyini, eyni zamanda, bütün qitənin zövq ala biləcəyi yenilikçi idman tədbiri keçirmək arzumuzdan doğan qürur hissini əks etdirir”.
“Bakı-2015”in brend üzrə direktoru Dan Tomlinson isə deyib: “Bakı-2015”in brend üzrə komandası medallardan uniformalaradək bütün əşyalarda istifadə olunacaq ideal təsvir yarada bilmək üçün səylərini səfərbər etdi. Brend daha əvvəl “London-2012” Yay Olimpiya və Paralimpiya oyunları üçün idman brendlərinin hazırlanmasını həyata keçirən məşhur “SomeOne” agentliyi ilə birgə əməkdaşlıq nəticəsində hazırlanıb.
“SomeOne” agentliyinin təsisçisi və icraçı direktoru Harri Holt vurğulayıb ki, biz ötən 18 ay ərzində Avropa Oyunları Əməliyyat Komitəsi ilə həyata keçirdiyimiz əməkdaşlığın nəticəsi olan brendin layiq görüldüyü mükafata görə qürur duyuruq.
Birinci Avropa Oyunlarına geri sayımın son mərhələdə olduğu müddətdə “Bakı-2015”in brendi ev sahibi şəhərin küçələrindəki reklam lövhələrində əks etdirilir, Oyunların məşəlinin və çırağının mühüm tərkib hissəsini formalaşdırır.
İlk Avropa Oyunlarının brendi ilə www.baku2015.com saytında tanış olmaq mümkündür.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33