“Biznes strukturlarında əmək hüquqlarının təmin olunmasında həmkarlar ittifaqlarının rolu” mövzusunda “dəyirmi masa”
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupun növbəti toplantısı keçirilib.
“Biznes strukturlarında əmək hüquqlarının təmin olunmasında həmkarlar ittifaqlarının rolu” mövzusuna həsr olunan tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Sənaye, Vergilər nazirlikləri, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, habelə aidiyyəti dövlət qurumlarından və QHT nümayəndələrindən ibarət tərkibdə qrup üzvləri iştirak ediblər.
Ombudsman Elmira Süleymanova 2003-cü ildən etibarən hər il aprelin 28-nin “Ümumdünya Əməyin Mühafizəsi Günü” kimi qeyd olunduğunu xatırladıb. Bununla əlaqədar, cari ilin aprel ayının Azərbaycanda “Təhlükəsiz iş aylığı” elan edildiyini, əsas məqsədin işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi və əməyin mühafizəsi sahəsində mövcud nöqsanların aradan qaldırılmasının təmin edilməsindən ibarət olduğunu diqqətə çatdırıb.
Müvəkkil biznes və insan hüquqları kontekstində işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq təcrübəyə nəzər yetirib, ölkəmizin bu sahədə Beynəlxalq Əmək Təşkilatı ilə səmərəli əməkdaşlığının davam etdirildiyini, bu əməkdaşlığın nəticəsi olaraq Azərbaycanın BƏT-in əmək və məşğulluq sahəsində əsas insan hüquqlarını əhatə edən 8 təməledici və 4 prioritet konvensiyasına, ümumilikdə 57 konvensiyasına qoşulduğunu, həmin konvensiyaların prinsipləri nəzərə alınmaqla ölkəmizdə mütərəqqi beynəlxalq standartlara cavab verən milli əmək qanunvericiliyinin qəbul edilərək daim təkmilləşdiyini qeyd edib.
Müvəkkil korporativ sosial məsuliyyətin təbliğ edilməsinin əhəmiyyətindən söhbət açaraq bu sahədə Prezidentin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında və 2012-ci il 29 dekabr tarixli “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında mühüm müddəaların, o cümlədən korporativ məsuliyyət üzrə strategiyanın və dövlət proqramlarının hazırlanmasının, qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Ombudsman eyni zamanda, əmək hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, bu sahədə irəli sürülmüş təklif və tövsiyələr, onların təmini vəziyyəti barədə də məlumat verib.
Tədbirdə müvafiq mövzularda məruzələr dinlənilib.
Müzakirələrdə həmkarlar ittifaqları tərəfindən işçilərin əmək hüquqlarının müdafiəsi, peşə xəstəlikləri, əmək müqavilələrinin elektron qeydiyyatının əhəmiyyəti, əməyin mühafizəsi, əmək bazarının monitorinqi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, əhalinin hüquqi maarifləndirilməsi, vətəndaş cəmiyyətləri institutlarının bu istiqamətdə həyata keçirdiyi fəaliyyət, yetkinlik yaşına çatmayanların, əlilliyi olan şəxslərin əməyə cəlb olunması xüsusiyyətləri, o cümlədən əmək hüquqlarının həyata keçirilməsi zamanı gender bərabərliyinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr dinlənilib.
Görüşdə İşçi Qrupun gələcək fəaliyyət istiqamətləri də müzakirə olunub, əməkdaşlığın daha da genişləndirilməsinin, əlaqəli işləməyin, birgə monitorinqlərin aparılmasının önəmi qeyd edilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33