Türkiyənin Trabzon bölgəsini sel və daşqınlar cənginə alıb.
Milli.Az bildirir ki, virtualaz.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarından etibarən güclənən leysan və sel torpaq sürüşməsinə səbəb olub.
Trabzonun Düzköy qəsəbəsində torpaq sürüşməsi nəticəsində yol tamamilə bağlanıb, onlarla avtomobil yolda qalıb.
Hazırda həmin ərazidə yaşayış evlərinə dolan suyun çəkilməsi ilə bağlı iş görülür.
Milli.Az