53 yaşlı füsunkar sənətçi, Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə paylaşdığı video ilə izləyicilərini heyran qoyub.
Publika.az xəbər verir ki, musiqiçiləri ilə
birlikdə Qubada baş tutacaq konsertinin məşqləri zamanı çəkilən
qısa video maraqla qarşılanıb. 53 yaşlı müğənni görüntüdə bu gün
Qubada verəcəyi konsertinin anonsunu edib. Müğənninin geyindiyi
qısa şortiki də izləyicilərinin gözündən yayınmayıb.
İzləyicilər arasında müğənninin geyiminə müxtəlif rəylər yazanlar
olsa da, əksəriyyəti yaşından asılı olmayaraq onun bədən
quruluşunun buna imkan verdiyinə və çox gözəl yaraşdığına qənaət
gətirib. İzləyicilər videonun şərh bölməsində Xalq artistinə
təriflər yağdırıblar.
Könül