Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ‪(‎ATGTİ)‬ Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan İntellektual Oyunlar Klubunun təşkilati dəstəyi ilə “Herodot Kuboku” intellektual yarışının birinci mərhələsinə yekun vurub.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, tələbələr arasında keçirilən yarışda hər biri altı nəfərdən ibarət olan komandalar tarixə aid intellektual sualları cavablandırıb.
Yarışın birinci mərhələsində 12 təhsil müəssisəsinin 120 komandası iştirak edib. Komandalardan 25-i finala vəsiqə qazanacaq.
“Herodot Kuboku” intellektual yarışının final mərhələsi aprelin 24-də “Park İnn” otelində keçiriləcək.