Çində yaşayan Yan Tay adlı qız indiyədək tayı-bərabəri olmamış qısqanc sevgilisi ilə ailə quracaq.
Milli.Az AHT-yə istinadən bildirir ki, 20 yaşlı Yanın çəkisi cəmi iki il əvvəl 45 kiloqramdı. Lakin onun sevgilisi, 25 yaşlı Yu Pan bu qızı izafi çəkili, tosqun xanıma döndərib.
Yun Pan sevgilisinə başqa kişilərin baxdığını görüncə qısqanıb və problemin çox qəribə həll yolunu tapıb.
Yan Taya tez-tez yağlı yeməklər, şirniyyat yedirdən Pan qızın sürətlə kökəlməsinə səbəb olub. Panın fikrincə, bu minvalla sevgilisinə olan diqqəti azaldıb.
Pan "plan"ını o qədər bəyənmişdi ki, gecənin bir aləmində sevgilisini oyadıb ona tort, keks, pirojna, şokolad yedirdi.
Bu günlərdə isə o, "Ferrero Rocher" şokoladlarından "gül dəstəsi" hazırlatdıraraq Yan Taya evlənməyi təklif edib.
Milli.Az









