Polşalı dağ velosipedçisi “Bakı-2015” ilk Avropa Oyunlarının idman elçisi elan olunub
Bakı, 22 aprel, AZƏRTAC
Polşalı dağ velosipedi Maya Vloşçovska “Bakı-2015” ilk Avropa Oyunlarının idman elçisi elan olunub.
AZƏRTAC xəbər verir ki, M.Vloşçovska “Pekin-2008” Yay Olimpiya Oyunlarında dağ velosipedi idmanının kros-kantri proqramı üzrə qadınlar arasında keçirilmiş yarışın gümüş medalını, 2010-cu ildə isə həmin idman növü üzrə dünya çempionu adını qazanıb. Təcrübəli idmançı bu günədək dünya və Avropa çempionatlarında 22 medala sahib olub.
“Bakı-2015” Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, M.Vloşçovskanın beynəlxalq idman elçisi kimi mötəbər tədbirə cəlb edilməsi ilk Avropa Oyunlarının əhəmiyyətinin daha bir bariz nümunəsidir. Karyerası boyunca Mayanın əldə etdiyi uğurlar onun dağ velosipedi idmanına bağlılığını nümayiş etdirir. Onun iyunda Avropa Oyunlarında iştirakını səbirsizliklə gözləyirik.
Otuz bir yaşlı velosipedçi deyib: “Avropa Oyunlarının idman elçisi seçilməyim məni çox həyəcanlandırır və bu yay Bakıda mübarizə aparacağım günü səbirsiziklə gözləyirəm. Avropada, eləcə də bütün dünyada Oyunların və dağ velosiped idmanının nüfuzunu artırmaq üçün əlimdən gələni etməyə hazıram”.
Polşa Milli Olimpiya Komitəsinin prezidenti Andrjey Krasniçki bildirib ki, Maya “Bakı-2015”in elçi proqramı üçün əla seçimdir. Onun Avropa Oyunlarını Polşada təbliğ etmək və bu yay idmançılarımıza dəstək olmaq üçün səylərini əsirgəməyəcəyinə əminəm.
Maya Vloşçovska almaniyalı stolüstü tennisçi Dimitri Ovçarov, yunanıstanlı qılıncoynadan Vasiliki Vuqiuka, irlandiyalı boksçu Keti Teylor, britaniyalı taekvondoçu Ceyd Cons, fransalı bədii gimnast Kseniya Mustafayeva, danimarkalı avarçəkən Rene Holten Poulsen və Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Deyan Maystoroviçdən ibarət Serbiya 3x3 basketbol komandasından sonra “Bakı-2015”in növbəti beynəlxalq idman elçisi olub. Yaxın gələcəkdə daha bir neçə idmançının da bu proqrama cəlb olunması planlaşdırılır. İdman elçiləri mübarizə apardıqları idman növünü təmsil etməklə qitədə və sosial mediada Avropa Oyunlarının təbliğatında fəal iştirak edirlər.
“Bakı-2015”in dağ velosipedi üzrə yarışları iyunun 13-də Dağ Velosipedi Parkında keçiriləcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33