Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın xatirəsi həmişə ürəklərdə yaşayacaq
Göyçay, 22 aprel, AZƏRTAC
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92 illiyi münasibətilə aprelin 22-də YAP Göyçay rayon təşkilatında tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova, mərkəzi rayon xəstəxanasının baş həkimi Famil Zeynalov, YAP Göyçay rayon təşkilatının Qadınlar Şurasının sədri Zivər Zeynalova, göz həkimi Şəfaət İmranova çıxış edərək, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs ediblər.
Natiqlər qeyd ediblər ki, görkəmli alim Zərifə Əliyeva bütün ömrünü oftalmologiya elminin inkişafına həsr edib. O, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyət göstərərkən müxtəlif istiqamətlərdə elmi araşdırmalar və tədqiqatlar aparıb, cərrahi əməliyyatlar həyata keçirib, göz həkimlərinin təkmilləşdirilməsi üçün pedaqoji fəaliyyət göstərib.
Vurğulanıb ki, Zərifə xanım istedadlı alim və bacarıqlı pedaqoq olmaqla yanaşı, eyni zamanda, qayğıkeş, xeyirxah və işgüzar qadın idi.
Çıxış edənlər Zərifə xanım Əliyevanın xatirəsinin həmişə ürəklərdə yaşayacağını bildiriblər.
Tədbirdə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib, məktəblilər şeir söyləyiblər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33