Bakı, 22 aprel, Gülnar Bəşirova AZƏRTAC
Azərbaycana Cənubi Koreyada istehsal olunan "Daewoo" markalı 15 ədəd yeni iritutumlu sərnişin avtobusu gətirilib.
Bu barədə AZƏRTAC-a Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətli nümayəndəsi Əmrah Cəfərov məlumat verib.
Əmrah Cəfərov bildirib ki, Cənubi Koreyanın "Daewoo" şirkəti ilə bağlanan müqavilənin şərtlərinə əsasən, bu şirkət tərəfindən istehsal olunan daha 35 ədəd avtobusun da Azərbaycana gətirilməsi gözlənilir.
Xidmət rəisi əlavə edib ki, həmin avtobuslar sabahdan etibarən Bakı-Naxçıvan, Bakı-Gəncə, Bakı-Qazax istiqamətində hərəkət edəcək.