“Kənd təsərrüfatında rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi müzakirə edilib
Bakı, 22 aprel, AZƏRTAC
Aprelin 22-də Bakıda kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının heyvan sağlamlığı və baytarlıq xidmətləri üzrə eksperti Dionisis Tana Qiotatus və Dünya Bankının Azərbaycandakı ofisinin nümayəndəsi Rufiz Çıraqzadə ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə “Kənd təsərrüfatında rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsinin subkomponentlərinin, heyvan xəstəliklərinə nəzarət sisteminin və milli baytarlıq informasiya sisteminin təkmilləşdirilməsi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin strukturunun təkmilləşdirilməsinə dəstək göstərilməsi, brusellyoz xəstəliyinə qarşı mübarizə və digər məsələlər müzakirə olunub.
Nazir Dünya Bankı ilə əlaqələri yüksək qiymətləndirərək layihənin ölkəmizdə həyata keçirilməsinə önəm verdiyini nəzərə çatdırıb və onun müzakirəsini məqsəduyğun hesab edib.
Dionisis Tana Qiotatus layihənin dörd subkomponenti, sahə baytarlıq xidmətlərinin özəlləşdirilməsi, heyvan xəstəliklərinə nəzarət proqramı, heyvan xəstəlikləri üzrə informasiya sisteminin inkişaf etdirilməsi və baytarlıq təhsili üzrə dəstəyin verilməsi barədə ətraflı bəhs edib.
Nazir Heydər Əsədov layihədə nəzərdə tutulan subkomponentlərin daha da təkmilləşdirilməsi, xüsusilə alternativ özəl baytarlıq xidmətinin yaradılması, müasir zona baytarlıq laboratoriyalarının yenidən qurulması, onların müasir avadanlıqlarla təchiz olunması və bir sıra digər məsələlərlə bağlı təkliflərini verib və qeyd olunan subkomponentlərin işçi qaydasında müzakirəsini məqsədəuyğun sayaraq, məsləhət və tövsiyələrini bildirib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33