Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Milli.Az "Report"a istinadən bildirir ki, rayonun Azadakənd kəndinin sakini Xankişiyev İsrafilin idarə etdiyi "VAZ 2106" markalı avtomobil yolu keçən kənd sakini 1991-ci il təvəllüdlü Ağayev Vüqar Ataxan oğlunu vurub.

Vüqar Ağayev dərhal kəllə-beyin travması ilə Şirvan şəhər Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. 

Milli.Az