“Neftqazelmitədqiqatlayihə” İnstitutu ilə “Petrovyetnam” şirkəti arasında birgə müəssisə yaradılır
Bakı, 22 aprel, AZƏRTAC
SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu ilə “Petrovyetnam” şirkəti arasında neft-qaz mühəndisliyi üzrə birgə müəssisə yaradılacaq.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə aprelin 22-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə Vyetnamın neft-qaz korporasiyası olan “Petrovyetnam”ın prezidenti Khanın başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə məlumat verilib.
R.Abdullayev Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin son illər daha da möhkəmləndiyini, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin mayında Vyetnam Sosialist Respublikasına dövlət səfərindən sonra yeni inkişaf mərhələsinə keçdiyini söyləyib. SOCAR-ın prezidenti iki ölkənin neft-qaz şirkətləri arasında əməkdaşlığın yeni mərhələdə Azərbaycan-Vyetnam iqtisadi münasibətlərinin inkişafında mühüm rol oynayacağına əmin olduğunu söyləyib.
“Petrovyetnam” şirkətinin prezidenti Khan 30 il əvvəl Bakıda təhsil aldığını, buna görə də səfərindən böyük məmnunluq duyduğunu ifadə edib. O, başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycan Dövlət Neft Akademiyasının bir neçə məzununun olduğunu söyləyib, Vyetnamın neft-qaz sənayesinin inkişafında Azərbaycan neftçilərinin mühüm rol oynadığını qeyd edib.
Ötən müddətdə Bakının tanınmaz dərəcədə dəyişərək gözəlləşdiyini söyləyən qonaq Azərbaycanın sosial-iqtisadi inkişafı ilə həmişə yaxından maraqlandıqlarını və bu inkişafa sevindiklərini vurğulayıb. Qonaq bildirib ki, SOCAR ilə “Petrovyetnam” şirkətləri arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində aparılan danışıqlar daha da intensivləşib.
Qeyd olunub ki, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu ilə “Petrovyetnam” şirkəti arasında neft-qaz mühəndisliyi üzrə birgə müəssisənin yaradılması işləri başa çatmaq üzrədir. Bakı Ali Neft Məktəbi ilə Vyetnamın neft-qaz sənayesi üçün kadr hazırlığına dair əməkdaşlıq memorandumu imzalanıb. “Petrovyetnam”ın rəhbəri Azərbaycan və Vyetnamın perspektivli neft-qaz strukturlarının SOCAR-la birlikdə işlənilməsində maraqlı olduqlarını söyləyib.
SOCAR-ın prezidenti R.Abdullayev şirkətin həyata keçirdiyi qlobal və regional əhəmiyyətli neft-qaz layihələrindən danışıb, qarşıdakı illərdə bir sıra perspektivli strukturların işlənilməyə başlanılacağını qeyd edib. O, bu istiqamətdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu, zəruri təhlil və araşdırmaların aparılacağını söyləyib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28