Bakıda sağlamlıq turizmi ilə bağlı seminar
Bakı, 22 aprel, AZƏRTAC
Aprelin 22-də “Qafqaz Baku City” otelində sağlamlıq turizmi ilə bağlı “Turbiznes” adlı seminar keçirilib. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi (AHTTSA) və Azərbaycan Turizm Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan seminarda sağlamlıq turizminin imkanları təqdim edilib.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin əməkdaşı Yuliya Konoplenko AZƏRTAC-a bildirib ki, seminarda Azərbaycanın 40-a yaxın turizm şirkəti iştirak edib. Onun sözlərinə görə, gün ərzində iştirakçılara Avstriyanın termal su mənbələri, Avropaya ekskursiya turları, ekzotik istiqamətlər, sağlıq turları barədə məlumat veriləcək, eyni zamanda Almaniyanın ən yaxşı hotelləri, Ştutqartın qonaqpərvərliyi, qədim tarixi mədəni abidələr, Kosta-Blanka sahillərində yerləşən məşhur turizm mərkəzi olan və “Avropanın turizm fenomeni” adını almış Benidorm haqqında təqdimat ediləcək.
Tədbirin təşkilatçısı, Rusiyada fəaliyyət göstərən “Turbiznes” təşkilatının əlaqələndiricisi Kristina Sivovanın sözlərinə görə, bu, təmsil etdiyi təşkilat tərəfindən Bakıda reallaşdırılan 5-ci tədbirdir. Təşkilatçı şirkətin nümayəndəsi qeyd edib ki, müxtəlif ölkələrin turizm şirkətlərinin və turoperatorlarının bir-biri ilə əlaqələrinin genişlənməsində bu tədbirin çox böyük əhəmiyyəti var. Tədbirdə Rusiya, İspaniya, Almaniya da daxil olmaqla, 6-ya yaxın ölkədən 10-dan artıq şirkət öz imkanlarını təqdim edir.
Azərbaycanın turizm imkanlarını yüksək qiymətləndirən qonaq ölkəmiz haqqında təəssüratlarını da bölüşüb: “Bu mənim Azərbaycana üçüncü səfərimdir. Hər dəfə Bakıya gələndə şəhərinizin daha da gözəlləşdiyinin şahidi oluram. Buradakı dostlarımın köməyi ilə müxtəlif məkanlara getmək imkanım olur. Etiraf edim ki, sizin turizm şirkətlərinə həsəd aparmaq olar. Çünki turistlərə təqdim etməyə o qədər gözəl yerlər, zəngin məlumatlar var ki, bunlarla istənilən insanı heyrətləndirmək mümkündür”.
Tədbirdə iştirak edən “OK Tours” turizm şirkətinin şöbə müdiri Ramiz Qafarov belə tədbirləri yüksək qiymətləndirib. Artıq beşinci dəfədir “Turbiznes” seminarında iştirak etdiklərini deyən şirkət nümayəndəsi qeyd edib ki, bir çox əlaqələri məhz bu tipli tədbirlər vasitəsilə qurublar. Onun sözlərinə görə, “OK Tours” eyni zamanda Rusiyanın Minvod vilayətində fəaliyyət göstərən turoperatorun Bakıdakı rəsmi nümayəndəliyidir.
O, deyib: “Azərbaycanlılar Minvoda çox səfər edirlər. İl ərzində təkcə bizim nümayəndəliyimiz vasitəsilə 2 min nəfərdən çox turist göndərilir. Onu da deyim ki, Azərbaycanın sağlamlıq mərkəzlərinə də Rusiya və keçmiş MDB məkanından gələnlər çoxdur. Xüsusilə Qazaxıstandan Naftalandakı sanatoriyalara hər il minlərlə insan gəlir”.
Seminar çərçivəsində iştirakçılar üçün ustad dərsləri də keçilib. Gün ərzində davam edən tədbirdə müxtəlif uduşlar oynanılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33