Sabirabad, 22 aprel, Mahir Babayev, AZƏRTAC
Ötən gün Sabirabad Rayon Perinatal Mərkəzində üçəm doğulub.
Perinatal Mərkəzin direktoru Günay Xəlilova AZƏRTAC-a bildirib ki, uşaqların anası Saatlı rayonunun Qıraqlı kənd sakini, 24 yaşlı Afaq Həmzəyevadır. Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn uşaqların üçü də qızdır. Onların çəkiləri 3,1, 3 və 2,8 kiloqramdır. Ana və uşaqların vəziyyəti normaldır. Valideynlər üç qız uşağı dünyaya gəldiyi üçün çox sevinclidirlər. Onlar qızlarının adlarını Mehriban, Leyla və Arzu qoyublar.
Qeyd edək ki, A.Həmzəyeva 6 il əvvəl təbii doğuş yolu ilə bir oğlan uşağı da dünyaya gətirib.
