Avstriya parlamenti qondarma “erməni soyqırımı”nı tanıyıb
Trend-in Qərb mətbuatına istinadən verdiyi məlumata görə, bu gün qəbul olunan qətnamədə avstriyalı deputatlar Türkiyəni uydurma "soyqırım"ı tanımağa çağırıblar.

Avstriya parlamentinin bəyanatında bildirilir: “Ankara qaranlıq keçmişə aydınlıq gətirməli və etiraf etməlidir ki, Osmanlı İmperiyasının ermənilərə qarşı cinayətləri soyqırımı olub”.

Sənədi parlamentə daxil olan altı fraksiyanın nümayəndələri imzalayıblar.

Milli.Az