Seda Sayan İstanbulun Levent bölgəsindən özünə yeni bir ev alıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin bunun üçün 9 milyon lirə (təxminən 3,7 milyon manat) ödəyib. 

Seda yeni evindən görüntü paylaşaraq "hüzur" sözünü yazıb. 

Pulunun çoxunu əmlaka xərcləyən Sayanın Londonda bir evi, üç villası və İstanbulda 30-a yaxın mənzili var. Hazırda aldığı mənzil isə lüks bir yaşayış kompleksində yerləşir.

Milli.Az