Mustafa Haşim Polad: “Çanaqqala qələbəsi təkcə Türkiyənin deyil, həm də Azərbaycanın qələbəsidir”
“Report”un məlumatına görə, Şuranın sədri Azay Quliyev çıxış edərək deyib ki, bu memorandum Türkiyə ilə Azərbaycan arasında əlaqələri daha inkişaf edirəcək: “Şura Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi əməkdaşlıq edir, sonradan qərara gəldik ki, bir memorandum imzalansın. Yəni, bu əməkdaşlığa hüquqi forma verdik. Bu sənəd hər iki xalqın mənafelərinə cavab verəcək”.
A.Quliyev əlavə edib ki, memorandumda hər iki qurumun təmsil etdikləri ölkələrin milli maraqlarının müdafiəsi, QHT sektorunun inkişaf etdirilməsi, sosial, siyasi, elmi, texniki mövzularda informasiya mübadiləsi, təlim proqramlarının təşkili, təcrübə mübadiləsi sahəsində əməkdaşlığı nəzərdə tutulur.
Onun sözlərinə görə, imzalanma mərasimini bu tarixə salmaqda məqsəd Çanaqqla zəfəri ilə əlaqədardır: “Biz Türkiyənin yanında olduğumuzu bəyan edirik. Avropa Parlamentinin Türkiyə ilə bağlı qondarma soyqırım qətnaməsi qəbul etməsini pisləyirik. Onlar qondarma soyqırımla bağlı qətnamə qəbul edib, Türkiyəni suçlandırırlar, qisas almaq istəyirlər. Bütün bunlar əbəsdir. Hesab edirəm ki, Çanaqqalada Türkiyəni məğlub edə bilməyiblərsə, indi də edə bilməyəcəklər. Bildiyiniz kimi, 24 apreldə Çalaqqala zəfərini qeyd olunacaq. Türk dünyası bu zəfəri şövqlə qeyd edəcək. Azərbaycan həmişə türkiyəyə yaxın olub. Bu baxımdan Türkiyəni qardaş dövlət hesab edirik. Bilirik ki, Türkiyəyə Azərbaycandan yaxın dövlət yoxdur. QHT Şurası da Türkiyə ilə əlaqələrə böyük önəm verir. Bu istiqamətdə işlər görürük”.
TİKA-nın Bakı ofisinin rəhbəri Mustafa Haşim Polad da iki ölkə arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. O qeyd edib ki, memorandum bu əməkdaşlığı daha da inkişaf etdirəcək.
Çanaqqala zəfərinə toxunan M.Polad vurğulayıb ki, Çanaqqala qələbəsi təkcə Türkiyənin deyil, həm də Azərbaycanın qələbəsidir: “Həmin vaxt 3 minə yaxın Azərbaycan əsgəri döyüşüb. Bu, Azərbaycanın Türkiyəyə mənəvi dəstəyi idi. Türkiyə ilə Azərbaycan daim birlikdə addımlayıb”.
Sonda Azərbaycanın Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev və “Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi” (TİKA) Bakı ofisinin rəhbəri Mustafa Haşim Polad memorandumu imzalayıblar.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04