Süni intellekt göz xəstəliklərini diaqnozlaşdıracaq
“ICTnews” Elektron Xəbər Xidməti “Hightech www.hightech.fm” resursuna istinadən yazır ki, süni intellekt xəstəlikləri optik koherent tomoqrafiya müayinəsi şəkillərinə görə aşkarlayır. Sistem Böyük Britaniya “Moorfields Eye Hospital” (Göz Xəstəlikləri ilə Mübarizə Mərkəzi) üçün hazırlanıb. Burada həkimlər tərəfindən hər gün mindən çox optik koherent tomoqrafiya müayinəsi şəkli çəkilir. Bir şəklin emalı üçün təxminən 1 həftə tələb olunur və bəzən belə yubanmalar xəstəliyin kəskinləşməsinə və görmə orqanlarında bərpaolunmaz dəyişikliklərə səbəb olur.
“DeepMind” sistemi süni intellektinin əsasını iki neyroşəbəkə təşkil edir. Seqmentasiya şəbəkəsi adlandırılan birincisi optik koherent tomoqrafiya müayinəsi şəkillərini konturları dəqiq müəyyənləşdirilən üçölçülü hüceyrə xəritələrinə çevirir.
“Xəritə təkcə gözün “3D” modelini yaratmağa deyil, eyni zamanda xəstəliyi aşkarlamağa imkan verir və onun ocağının hansı görmə orqanı nahiyəsində yerləşməsini göstərir”, - “Google DeepMind” şirkətinin baş mühəndisi Alan Kartikeksaynam bildirib.
Neyroşəbəkə oftalmoloqlar tərəfindən əllə seqmentasiya edilmiş 877 optik koherent tomoqrafiya müayinəsi şəkli üzərində öyrədilib.
İkinci neyroşəbəkə üçölçülü xəritəni təhlil edir və birincinin diaqnozunun dəqiqliyini yoxlayır, eləcə də xəstəyə yardımın nə vaxt göstərilməsini müəyyənləşdirir.
Alqoritm oftalmoloqlar və optometristlər tərəfindən yoxlanılan 14 min üçölçülü göz hüceyrə xəritəsi üzərində təlim görüb.
Hazırda “Moorfields Eye Hospital” Mərkəzində sınaqları keçirilən süni intellektin testlərinin uğurlu olacağı təqdirdə Böyük Britaniya Milli Səhiyyə Xidməti tərəfindən istifadəsi planlaşdırılır.
Nizam Nuriyev
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05