Ramil Usubov: "Polisimiz güclüdür"
Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, qonağı səmimi salamlayan nazir müstəqillik illərində iki ölkə arasında qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf edərək möhkəmləndiyini bildirib. Nazir bu əlaqələrin yaradılmasında ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidməti olduğunu vurğulayıb. R.Usubov Ulu öndərin "Bir milət, iki dövlət" siyəsətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini xatırladıb.
Dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərlər nəticəsində ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdıran Ramil Usubov rəhbərlik etdiyi qurumun qardaş Türkiyənin hüquq-mühafizə orqanları ilə münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verdiyini vurğulayıb. Nazir ordu quruculuğunda, o cümlədən DİN Daxili Qoşunlarının formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə tərəfinin böyük zəhməti olduğunu bildirib. Nazir qardaş ölkənin ali hərbi məktəblərində və Polis Akademiyasında Daxili İşlər Nazirliyinin xəttilə 700-dən çox hərbi qulluqçu və müdavimin təhsil aldığını xüsusi qeyd edib. Buna görə minnətdarlığını bildirib.
O, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Tibb komandanı - Gülhanə Hərbi Tibb Akademiyasının rəisinin başçılıq etdiyi nümayəndə heyətinin bu səfərinin də əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib.
Səmimi qəbula, xoş sözlərə və ətraflı məlumata görə təşəkkür edən general-polkovnik Ömər Paç Azərbaycana səfərindən şərəf duyduğunu vurğulayıb. O, qısa zaman kəsiyində ölkəmizin olduqca sürətli və modern bir inkişaf yolu keçməsindən məmnunluğunu, ulu öndər Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fikrini xatırladıb. Ömər Paç, əlaqələrin bundan sonra daha da dərinləşməsinə çalışacaqlarını bildirib. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08