MDB-nin standartlaşdırma planları Bakıda müzakirə olunur
Tədbirdə Müstəqil Dövlətlər Birliyi ölkələrindən Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Belarus, Özbəkistan, Qırğızıstan, Moldova, Ukraynanın standartlaşdırma üzrə milli orqanlarının və Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın, Avrasiya İqtisadi Komissiyasının nümayəndələri iştirak edirlər.
İclası giriş sözü ilə açan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev standartlaşdırma sahəsində qurulmuş dövlətlərarası əməkdaşlıqdan, bu sahədə əldə olunan uğurlardan danışıb.
Onun sözlərinə görə, ölkəmizdə azad sahibkarlığın inkişafı nəticəsində rəqabətqabiliyyətli mal və məhsulların istehsal həcmi artmış, artıq bu məhsullar xarici bazarlarda layiqli yerlərini tutmaqdadırlar. Müasir standartların tətbiqi ilə ticarətdə texniki maneələrin aradan qalxdığını qeyd edən institut direktoru Dövlətlərarası Şura çərçivəsində bu sahədəki əməkdaşlığı xüsusi vurğulayıb.
Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın məsul katibi Nikolay Soneç bir daha Bakıda olduğundan məmnunluğunu bildirib və keçirilən iclasların ölkələrarası əlaqələrin inkişafı üçün önəmini vurğulayıb.
Elmi-Texniki Komissiyanın 49-cü iclası çərçivəsində Dövlətlərarası Şuranın 2020-ci ilə qədər inkişaf strategiyası, 2016-2020-ci illərdə standartlaşdırma üzrə aparılacaq işlərdə prioritetlərin təyini, dövlətlərarası standartlaşdırmanın inkişaf etdirilməsinin “Yol xəritəsi”, 2015-ci il üzrə yeyinti məhsullarının standartlaşdırılması üzrə iş planı və gündəlikdə qarşıya qoyulan digər cari məsələlər müzakirə edilib.
İnformasiya texnologiyaları üzrə işçi qrupun 32-ci iclası çərçivəsində isə Dövlətlərarası Şuranın fəaliyyətinin informasiyalaşdırılmasının inkişaf konsepsiyası, Şuranın informasiya təminatı sisteminin fəaliyyəti, üzv ölkələrin standartlaşdırma üzrə ekspertlərinin reyestrinin yaradılması və digər mövzularda müzakirələr olacaq.
Tədbir cari ilin 24 aprelinə qədər davam edəcək.
Həqiqət İSABALAYEVA
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05