Ağstafa rayonunda sərxoş kişi pəncərə şüşəsinin qırılması nəticəsində xəsarət alıb.
Milli.Az report.az-a istinadən bildirir ki, 1985-ci il təvəllüdlü Köçəsgər kənd sakini Abduləlimov Sərxan Bayram oğlu sərxoş halda pəncərənin şüşəsini sındıraraq əl və bilək nahiyələrini kəsib.
Yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az