Bakının Qaradağ rayonunda ölümlə nəticələnən qəza olub.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, "VAZ" markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış 1954-cü il təvəllüdlü Hüseynova Elza Hüseyn qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
Milli.Az